“Qəbələ”nin “Herta” ilə oyunlarının vaxtı bəlli oldu

00:52 - 31 Oktyabr 2018

“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasında Almaniyanın “Herta” klubu ilə keçirəcəyi oyunların başlama vaxtı müəyyənləşib. 

 

Sportal.az xəbər verir ki, Çempionlar yolunun 2-ci mərhələsinin ilk oyunu noyabrın 7-də keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşma saat 17:00-da başlayacaq.

 

Cavab matçı Berlində “Vurfplats” stadionunda keçiriləcək. Noyabrın 28-də baş tutacaq “Herta” – “Qəbələ” görüşü Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

 

Xatırladaq ki, cütün qalibi pley-off mərhələsinə yüksələcək və bu raundda Çempionlar Liqası yolunun qrup ikincilərindən biri ilə qarşılaşacaq.

Xəbər xətti