Tərlan Əhmədov Maksimovun yoluyla gedə biləcək?

Mladen Milikoviçin gedişindən sonra "Keşlə"nin "sükanı" Tərlan Əhmədova həvalə olundu. Ötən il Ramiz Məmmədovun müvəqqəti olaraq, baş məşqçi postuna gətirlməsini nəzərə almasaq, uzun illərdən sonra paytaxt klubuna yerli mütəxəssis çalışdıracaq.

 

"Keşlə" cari mövsüm tarixinin ən uğursuz startını verib. Yuri Maksimov komandaya ölkə kubokunu qazandırsa da, Avropa Liqasınının I təsnifat mərhələsinin "Baltsan"la ilk oyununda biabırçı məğlubiyyətdən sonra komandadan qaçdı. Heç bir uğuru olmayan Mladen Milikoviçdən isə hansısa sehirli iş gözləməyə dəyməzdi. Bunu da klub rəhbərliyi 8 oyundan sonra anladı.

 

Yeni baş məşqçi Tərlan Əhmədovla mövsümün sonuna kimi anlaşma əldə edilib. Qarşısına komandanı qış fasiləsinə kimi quyunun dibindən çıxarmaq və avrokuboklara vəsiqə qazanmaq şərti qoyulub. Buna kubokdan da, Premyer Liqadan da nail olmaq olar, fərqi yoxdur, əsas odur ki, "Keşlə" Avropa səhnəsinə çıxsın.

 

Əvvəlcə, birinci şərtə baxaq. "Keşlə" qış fasiləsinə kimi hansı komandalarla qarşılaşacaq, quyunun dibindən çıxmaq mümkündürmü?

 

Paytaxt klubu bu gün çempionluq uğrunda mübarizə aparan və son turda "Neftçi"yə uduzan "Qarabağ"ı qəbul edəcək. Bu, Əhmədovun debütü kimi reallaşacaq. "Keşlə"nin növbəti oyunu lider "Neftçi" ilə olacaq. Tərlan Əhmədovun qalmaqalla ayrıldığı komandaya qarşı oyunu da böyük maraqla gözlənilir. Nə olursa, olsun, Əhmədov bağlı olduğu klubla bu dəfə qisas hissi ilə qarşılaşacaq. Mütəxəssis "Neftçi"ni büdrətmək üçün hər şeyi götür-qoy edəcək.

 

Əhmədovlu "Keşlə"nin 3-cü sınağı səfərdə mövsümə heç də pis start verməyən "Sumqayıt" olacaq. Paytaxt təmsilçisi daha sonra "Qəbələ", "Qarabağ" və "Sabah"la qarşılaşacaq. Təqvimdən görünən odur ki, Əhmədov "Keşlə"ni asan şəkildə quyudan çıxara bilməyəcək. Dişə rahat batan rəqib kimi "Sabah"la "Sumqayıt" görünür, amma debütant mövsümə çox uğurlu start verib və "Keşlə" üçün asan olmayacağı su kimi aydındır.

 

Ötən mövsüm Yuri Maksimov da "Keşlə"yə ağır dönəmdə gəlmişdi və komandaya kuboku qazandırmaqla avrokuboklara daşımışdı. Ukraynalı missiyasını tamamlamışdı. İndi də oxşar vəziyyət yaranıb, üstəlik, Əhmədov daha tez "sükan"a keçib. İzləyək, görək, Əhmədov ukraynalının etdiyini bacara biləcəkmi?

 

Mehman

Tarix: 31 Oktyabr [15:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 İyun 2019
17  İyun 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio