Xavi: "Messi 40 yaşına kimi oynaya bilər"

12:18 - 1 Noyabr 2018

"Barselona"nın sabiq futbolçusu Xavi keçmiş komanda yoldaşı Lionel Messi barədə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Qətərin "Əl-Sədd" klubunda oynayan 38 yaşlı yarımmüdafiəçi Messinin uzun müddət futbol oynaya biləcəyini deyib: "Messinin 40 yaşına kimi oynayacağını düşünürəm. Bunu edəcək gücə sahibdir. O, bənzərsiz futbolçudur. Yaşlandıqca sürətini, cəldliyini itirirsən, amma ağıl yerində qalır, inkişaf edir".

 

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Xavi 2015-ci ildə klubdan ayrılmışdı.

Xəbər xətti