"Zirə"nin 75 min avroluq qazancı

13:52 - 1 Noyabr 2018

"Zirə"nin 2015-ci ildə heyətinə qatdığı Salvador millisinin üzvü Nelson Bonilya üçün Rumıniyanın "Vitorul" klubuna ödədiyi təzminat açıqlanıb.

 

Sportal.az Rumıniya mətbuatına istinadən xəbər verir, "qartallar" 28 yaşlı forvard üçün 25 min avrosundan keçib.

 

"Zirə" 2016-cı ildə Bonilyanı 100 min avrro qarşılığında Portuqaliyanın "Nasional" klubuna satmışdı. Qəsəbə təmsilçisi salvadorlunun keçidində 75 min avro qabağa düşüb.

 

Qeyd edək ki, Nelson bir mövsüm ərzində Premyer Liqada 14 qol vurmuşdu. O, "Zirə" tarixinin bombardiridir.

Xəbər xətti