"Turan Tovuz"la "Kəpəz" uduzdu, "Qaradağ Lökbatan" və "Zaqatala"dan qələbə

17:23 - 1 Noyabr 2018

Birinci divizionda 9-cu tura start verilib.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. "Turan Tovuz" öz meydanında "Keşlə-2"yə 2:3 hesabı ilə uduzub. "Zirə-2" "Kəpəz"i 3:0 hesabı ilə üstələyib. "Qaradağ Lökbatan" səfərdə  "Sumqayıt-2"ni 2:1, "Zaqatala" isə "Səbail-2"ni 4:0 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, turun digər 3 oyunu sabah olacaq.

 

1 noyabr (cümə axşamı)

 

“Turan Tovuz” – “Keşlə-2” - 2-3
Qollar:
Məzahir Əhmədov, 83, Qalib Əmrahov, 87 (pen.) - Elmir Rəhimzadə, 4, 84, Nurlan Quliyev, 74

 

“Zirə-2” – “Kəpəz” - 3:0
Qollar:
Zahir Xanhüseynli, 20, Taleh Rzayev, 41, 67

 

“Sumqayıt-2” - “Qaradağ Lökbatan” - 1:2
Qollar:
Baxşəli Baxşəliyev, 26 - Camal Camalov, 41, Rövşən Şahmuradov, 87

 

“Səbail-2” – “Zaqatala” - 0:4
Qollar:
Cavad Kazımov, 63, 66, Rəhman Şabanov, 85, 90+6

Xəbər xətti