Millimizin Bosniya və Herseqovina ilə matçının vaxtı açıqlandı

12:38 - 2 Noyabr 2018

21 yaşadək futbolçulardan ibarət millimizin Bosniya və Herseqovina ilə keçirəcəyi yoxlama oyununun vaxtı və yeri məlum olub.

 

Sportal.az xəbər verir ki, qarşılaşma Bosniya və Herseqovina yığmasının Zenitsa şəhərindəki təlim-məşq mərkəzində olacaq. Noyabrın 19-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

 

Qeyd ki, Rəşad Sadıqovun komandası noyabrın 15-də “Dalğa Arena”da Ukrayna ilə qarşılaşacaq.

Xəbər xətti