"Fənərbaxça" argentinalı baş məşqçiyə təklif göndərdi

12:50 - 2 Noyabr 2018

Filip Koku ilə yollarını ayıran "Fənərbaxça"nın yeni baş məşqçisi bəlli olmayıb.

 

Sportal.az xəbər verir ki, "sarı bülbüllər" son olaraq, Argentina millisini çalışdıran Xorxe Sampaoliyə təklif ünvanlayıblar. 58 yaşlı mütəxəssis hələ ki, İstanbul təmsilçisinə cavab verməyib. 

 

Qeyd edək ki, Sampaoli DÇ-2018-dəki uğursuzluqdan sonra Argentina millisindən qovulmuşdu. Argentinalı çalışdırıcı daha öncə Çili millisində uğurlu olub. Sampaoli qısa müddətdə "Sevilya"nın da "sükanı arxası"nda olub.

Xəbər xətti