"Zirə"nin tarixi qələbəsində arzusuna çatan, millimizin rüsvayçı məğlubiyyətinə şahidlik edən

UEFA Gənclər Liqasının II mərhələsində keçiriləcək “Qəbələ” - “Herta” (Almaniya) matçının baş hakimi qazaxıstanlı Daniyar Saxi olacaq.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı referi azərbaycanlı azarkeşlərə tanışdır.

 

Qazaxıstanlı FİFA referisi 2016/17 mövsümündə "Zirə" - "Differdanj" görüşündə ədaləti qoruyub. Bu, Saxinin avrokuboklarda idarə etidyi ilk oyun kimi yaddaşında əbədi olaraq, qalacaq. Sözügedən oyunda "Zirə" 2-0 hesabı ilə qalib gəlməklə avrokuboklarda ilk qələbəsini yaşamışdı. Həmin qarşılaşmada Saxi hər komandanın bir futbolçusuna sarı vərəqə göstərmişdi. "Qartallar"dan Milan Duriç cəzalanmışdı.

 

2015/2016 mövsümündə "Dalğa Arena"da keçirilən "Kəpəz" - "Daçiya" matçında (0:0) isə Saxi 4-cü hakim fuksiyasını yerinə yetirmişdi.

 

Gənc referi klublarımıza uğurlu olsa da, millimizin acı məğlubiyyətini idarə edib. Saxi 21 yaşadək futbolçular arasında Avro-2019-un seçmə mərhələsi çərçivəsində yığmamızın "Dalğa Arena"da Almaniyaya 0-7 hesabı ilə uduzduğu oyunu da idarə edib. Saxi millimizdən Elnur Cəfərovla Xəyal Nəcəfova sarı vərəqə göstərmişdi. Bundestimin heyətində isə "Hoffenhaym"ın vinqeri Nadim Amiri sarı vərəqə ilə cəzalanmışdı.

Tarix: 2 Noyabr [14:19]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Noyabr 2018
16  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio