"Səbail" və "Zirə"nin legionerləri milliyə dəvət aldılar

14:50 - 2 Noyabr 2018

"Zirə"nin hücumçusu Aleksandr Dedovla "Səbail"in yarımmüdafiəçisi Yevgeni Koçuk Moldova millisinə dəvət alıb. 

 

Sportal.az xəbər verir ki, hər iki futbolçu UEFA Millətlər Liqası çərçivəsində Moldovanın San Marino ilə səfər və Lüksemburqla ev oyununda iştirak etmək üçün yığmaya dəvət alıblar.

 

Qeyd edək ki, San Marino ilə oyun noyabrın 15-də, Lüksemburqla isə noyabrın 18-də olacaq.

Xəbər xətti