"Neftçi"ni məğlub edin, mükafatınızı alın!"

16:06 - 2 Noyabr 2018

Topaz Premyer Liqasının 10-cu turunda "Keşlə" lider "Neftçi"ni qəbul edəcək. Ötən tur yeni baş məşqçi Tərlan Əhmədovun rəhbərliyi altında ilk oyununda çempion "Qarabağ"dan 1 xal alan "ağ-qırmızılar" bu dəfə "Neftçi"ni büdrətməyə çalışacaq.

 

Sportal.az-ın məlumatına görə, paytaxt klubunun Müşahidə Şurasının sədri Zaur Axundov komanda üzvləriylə söhbət edib və son oyundan razı qaldığını bildirib. Futbolçulara sentyabr ayının maaşlarının da veriləcəyini deyən rəhbər "Neftçi" üzərindəki qələbə üçün də mükafat vəd verib.

 

Vəziyyətin axarına düşməsi, maaş və mükafat xəbəri futbolçuları daha da həvəsləndirib.

 

Qeyd edək ki, "Keşlə" - "Neftçi" oyunu sabah "ASK Arena"da keçiriləcək. Oyunun start fiti 17:00-da səslənəcək.

Xəbər xətti