Dani Kintana: "Zədələr mənə aman vermir" MÜSAHİBƏ

22:06 - 3 Noyabr 2018

Topaz Premyer Liqasının 10-cu turunda "Sumqayıt" 2:0 hesabı ilə qalib gələn "Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana jurnalistlərə müsahibə verib.
 
Sportal.az xəbər verir ki, ispan yarımmüdafiəçi öncə uzun müddət sonra zədədən sonra yaşıl meydana ayaq basmasından danışıb:
 
- Zədələr mənə aman vermir. Yenidən oynadığım üçün çox xoşbəxtəm. Ümid edirəm ki, bundan sonra müntəzəm oynayacam.
 
- Nə qədər vaxtdan sonra əvvəlki Kitananı görə bilərik?
- Məşqlərdə normal iştirak edirəm. Ancaq oyunla məşqlərin ehtirası, ritmi eyni deyil. Nə qədər çox oynasam, formamı bərpa edəcəm.
 
- Avropa Liqasında “Qarabağ”ın 3 oyundan sonra xalı yoxdur. “Vorskla” səfərində nəyəsə ümid etmək olar, yoxsa qatar çoxdan gedib?
- Elə düşünmək olmaz ki, qatar gedib. Hər oyuna hazırlaşırıq. Özümüzdə asılı olmasa da, nəzəri olsa da, şanslarımız qalır. Avropada hər şey tam fərqlidir. Bir nəfər hazır olmasa, ümumi ansambıla təsir edir. Bütün heyəti nəzərdə tuturam, hamı hazır olmalıdır ki, uğur olsun.
 
- “Qarabağ”ın son oyunlardakı uğursuzluğuna kənardan baxanda hansı səbəbləri görürdün?
- Öncə oyun deyim ki, son 5 oyundakı məğlubiyyətlərimizin biri qələbə idi. 3 xalın əlimizdən alınması artıq tam başqa mövzu idi. Əsas odur ki, qələbə qazandıq. “Qarabağ”ın düşdüyü durum yeni bir şeydir. Yeganə çıxış yolu eyni istiqamətə üzməkdir.
 
- “Neftçi”dən 5 xal geri qalırsınız. Çempionluq sizin üçün çətin görünmür?
- Aydın məsələdir ki, çempionluq yolunda əsas rəqibimiz “Neftçi”dir. Çətin olacağını düşünürəm. Vəziyyəti düzəltmək özümüzdən asılıdır.
 
- “Vorskla”nı Bakı Olimpiya Stadionunda deyil, Tofiq Bəhramov adına Respublika stadionunda qəbul etsəydiniz, qalib gələ bilərdiniz? Ümumiyyətlə, iki stadionu müqayisə edərdin.
- Sizinlə tamamilə razıyam. Əgər BOS yarıya qədər dolursa, bura tam şəkildə azarkeşlə olacaqdı. Bizim gözəl günlərimiz burada olub, yaxşı nəticələr qazanmışıq. Amma bizdən asılı olmayan məsələlər var.

Xəbər xətti