Slavçev: “Sübut etmək istəyirəm ki, “Qarabağ”da oynamağa layiqəm”

22:11 - 3 Noyabr 2018

“Qol vurduğum üçün sevincliyəm. Fərqlənmək üçün üçün məşqlərdə çox çalışıram. Bu qələbə ilə azarkeşlərimizə göstərmək istəyirik ki, qələbə istəyimiz tükənməyib”.


Sportal.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Simeon Slavçev Topaz Premyer Liqasının X turunda “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

 

Bolqarıstanlı yarımmüdafiəçi bütün diqqətini özünü yaxşı tərəfdən göstərməyə yönəltdiyini və başqa kluba keçmək haqda düşünmədiyini deyib: “Hazırda bütün diqqətim öz komandamdadı. Əsas fikrim burada özümü həm məşqçi heyətinə, həm də azarkeşlərə yaxşı tərəfdən göstərməkdi. Sübut etmək istəyirəm ki,  “Qarabağ”da oynamağa layiqəm. Başqa bir kluba keçmək haqda düşünmürəm, komandama köklənmişəm”.

 

25 yaşlı oyunçu son olaraq, Avropa Liqasının qrup mərhələsinin  IV turunda səfərdə qarşılaşacaqları “Vorskla” ilə bağlı danışıb: “Aydın məsələdi ki, ağır oyun keçəcək. İstəklə mübarizə aparsaq, inanıram ki, səfərdə 3 xalı qazana bilərik”.

Xəbər xətti