Halldorsson: “Yenidən seçim imkanım olsaydı, yenə “Qarabağ”a gələrdim”

22:20 - 3 Noyabr 2018

"Sanballı, yaxşı oyun göstərdik. Baxmayaraq ki, rəqib bizi daim gərginlikdə saxlayırdı, ancaq topa nəzarət etməyə çalışdıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri Topaz Premyer Liqasının 10-cu turunda "Sumqayıt"a 2:0 hesabı ilə qalib gələn "Qarabağ"ın qapıçısı Hannes Halldorsson deyib. İslandiya millisinin qolkiperi qələbəni şərh edib: "Diqqətimiz oyundan yayınmadı. İki yaxşı qol vurduq. Rəqib qapıçı da bu gün yüksək səviyyədə çıxış etdi. Orxan yaxşı qurtarışlar etdi".

 

"Dünya çempionatında Messinin penaltisini qaytarmaqla diqqət çəkdiz, ardınca “Qarabağ”a transfer olduz. Ancaq burda heyətə düşməkdə çətinlik çəkirsiz. Bir müddət əvvəl isə avtomobil qəzasına düşdüz. Azərbaycana gəldiyinizə görə peşman deyilsiz" sualına 34 yaşlı əlcək sahibi bu cür cavab verib:


"Yenidən seçim imkanım olsaydı, yenə “Qarabağ”a gələrdim. Peşmanlıqdan söhbət gedə bilməz. Son həftələrdə oynamamağım məyusluğa səbəb ola bilər, amma məşqlərdə çox çalışdım və bu gün start heyətdə yer aldım. Qələbə qazandığımıza görə xoşbəxtəm".

 

Təcrübəli sima Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Vorskla" ilə səfər oyunu barədə danışıb: "Qələbə istəyi ilə gedirik. Düşünürəm ki, orda daha yaxşı oyun göstərə bilərik. Buna fokuslanmışıq. Səfərdə 3 xal qazana biləcək gücdəyik".

Xəbər xətti