Ayaz Quliyev: "Atam heç vaxt arxayınlaşmağıma imkan verməyib"

“Əslən Lənkəran və Masallının Boradigah qəsəbəsindən olsam da, ora haqda çox şey bilmirəm, çünki Moskvada anadan olmuşam. 5 yaşımdan “Spartak”ın akademiyasında oynamışam. Lənkəran və Masallıda isə çox az olmuşam. Onu bilirəm ki, cənub bölgəsidir, havası çox istidir. Atam oradan gəlib”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Rostov”un azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev deyib. Rusiyanın “matctv.ru” saytına geniş müsahibə verən futbolçu atasının Moskvaya gəlişindən də danışıb: “Ailəmiz,yumşaq desək, kiçik deyil. Təkcə atamgil 7 qardaşdırlar. Hamısı bir yerdə yaşayıb, ona görə də Moskvaya uyğunlaşmaq asan olub. Bir-birilərinə kömək ediblər. Əlbəttə, ilk vaxtlar pul qazanmaq çətin olub, amma sonradan bir yolunu tapıb öhdəsindən gəliblər. İndi daşınmaz əmlak alqı-satqısı və kiçik bizneslə məşğul olurlar”.

 

Ayaz tərbiyəli böyüməsində atasının rolunun böyük olduğunu bildirib: “Atam heç vaxt arxayınlaşmağıma imkan verməyib, məni tərbiyəli böyüdüb. Daim məni inkişaf etməyə, yaxşı təhsil almağa məcbur edib”.

 

Həmyerlimiz bir dəfə başına gələn xoşagəlməz hadisəni də xatırlayıb: “Bu barədə necə danışacağımı bilmirəm. İndi yadıma düşdü, bir dəfə dostlarla həyətdə gəzirdik. 2 nəfər söz atdı, elə əsəbləşdim ki, onları evlərinə qədər qovdum. Hətta mənzilə daxil olub, pnevmatik tapançadan atəş açmağa başladım. Həmin vaxt balaca idim, heç nəyi dərk etmirdim”.

 

Ayaz musiqi zövqüdəndən də danışıb: "Mahnı oxumağı sevmirəm. Ancaq Azərbaycan, Türkiyə, Dağıstan və bəzən də Çeçenistan mahnılarını dinləyirəm. Hamısını başa düşməsəm də, əsas odur ki, zövq verir".

Tarix: 4 Noyabr [19:25]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Noyabr 2018
13  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio