Nazarov oynadı, komandası məğlub oldu

19:28 - 4 Noyabr 2018

Almaniya 2-ci Bundesliqasında 12-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Aue” səfərdə “Haydenhaym” 0:1 hesabı ilə uduzub.

 

Nazarov 62-ci dəqiqəsində meydana daxil olub.

 

“Aue” 14 xalla 13-cü pillədə qərarlaşıb.

Xəbər xətti