Aftandil Hacıyev: "Qışda heyətimizi gücləndirməliyik"

21:33 - 4 Noyabr 2018

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqasının X turunda səfərdə “Zirə” ilə 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, Hacıyev öncə oyunla bağlı danışıb:

 

- Gərgin oyun oldu. Arıcıl iki oyundu 10 nəfərlə mübarizə aparırıq. Rəqib bizdən üstün oyun sərgilədi. Heyətimizdə zədəlilər var idi. Ağabala ilə Koçukun olmaması oyunumuza təsir etdi. Buna baxmayaraq, futbolçularımız yaxşı mübarizə apardılar. Hətta rəqibi cəzalandıra bilərdik. Ədalətli nəticə heç-heçə idi.

 

- Ağabala Ramazanovun zədəsi ciddidir?

-Zədəsi ciddi deyil. Ancaq bu oyunu buraxmalı idi. Hazırda fərdi məşqlərlə kifayətlənir. İnşallah, bu həftə komanda ilə məşqlərə başlamalıdır.

 

- Oyunun gedişində zədələnən futbolçuların durumu necədir?

- İqor Korotetskinin zədəsi ciddidir. Lakin durumuna yekun tibbi müayinədən sonra aydınlıq gələcək. Ruslan isə gələn oyun bizimlə olacaq.

 

- Komanda 10 oyuna 6 qol vurub, ancaq üçüncü pillədə qərarlaşıb.  Hücumçularınız zəif təsir bağışladığını düşünmürsünüz?

- Belə deyək, nədənsə texniki məğlubiyyətlərin günahını bizdə axtarırlar.  Deməzdim ki, hücumçularımız zəifdir. Bəzən əks-hücumda, bəzən mövqe hücumlarında qollar vururuq. Elə rəqiblər var ki, birinci nömrə ilə oynamırıq.   

 

- Qışda heyətdə hansı dəyişikliklər edəcəksiniz?

- Əgər bu mövqedə qala bilsək, güclənəcəyik. Ən azı 3 oyunçuya ehtiyacımız var. 2 futbolçumuz zədəli olanda, çətinlik çəkdiyimizi görürük. Ona görə də qışda heyətimizi gücləndirməliyik. 

Xəbər xətti