Rüfət Dadaşov milliyə dəvət aldı

10:40 - 5 Noyabr 2018

Almaniyanın III Bundesliqasında çıxış edən “Proyssen”in hücumçusu Rüfət Dadaşov milli komandamıza dəvət alıb.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı forvard UEFA Millətlər Liqasında Farer adaları və Kosovo ilə görüşlər üçün dəvət alıb.

 

Qeyd edək ki, millimiz noyabrın 17-də Bakıda Farer adalarını qəbul edəcək, 3 gün sonra isə qrup mərhələsinin son matçı çərçivəsində Kosovonun qonağı olacaq.

Xəbər xətti