Ayaz Quliyevdən məhsuldar ötürmə, "Rostov" "Krasnodar"la qollu heç-heçə etdi

12:55 - 5 Noyabr 2018

Rusiya Premyer Liqasında XIII turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” səfərdə “Krasnodar”la  2:2 hesablı heç-heçə edib.

 

Ayaz matça start heyətdə başlayıb və 65-ci dəqiqədə əvəzlənib.

 

Rusiyanın U-21 millisinin üzvü komandasının 6-cı dəqiqədə vurduğu ilk qolda məhsuldar ötürmə müəllifi olub.

 

“Rostov” Premyer Liqada 22 xalla 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti