"Vorskla" - "Qarabağ": mətbuat konfransları və son məşqlərin vaxtı açıqlandı

13:52 - 5 Noyabr 2018

Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək "Vorskla" - "Qarabağ" qarşılaşmasından öncə təşkil olunacaq mətbuat konfransları və son məşqlərin vaxtı bəlli olub.

 

Sportal.az xəbər verir ki, xəbər verir ki, "Vorskla"nın baş məşqçisi Vasili Saçkonun oyunun keçiriləcəyi Aleksey Butovski adına "Vorskla" stadionunda mətbuat konfransı baş tutacaq. Mütəxəssis saat 19:00-da media mənsublarının önünə çıxacaq.

 

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov həmin məkanda saat 20:30-da jurnalistlərin suallarını cavablandıracaq.

 

Mətbuat konfransının ardından “Qarabağ” ilk 15 dəqiqəsi açıq olan məşqə çıxacaq. "Vorskla"nın məşqi isə saat 13:15-də klubun bazasında olacaq.

 

“Vorskla” - “Qarabağ” matçı noyabrın 8-də, saat 00:00-da başlayacaq.

 

Qeyd edək ki, E qrupuna 9 xalla "Arsenal" başçılıq edir. "Sportinq" 6, "Vorskla"nın 3, "Qarabağ"ın 0 xalı var.

Xəbər xətti