"Liverpul" Şakirini Serbiyaya aparmır: siyasi səbəblərə görə

16:34 - 5 Noyabr 2018

"Liverpul" futbolçusu Xerdan Şakirini Çempionlar Liqasının qrup mərhələsində səfərdə Serbiyanın "Srven Zvezda" klubu ilə keçiriləcək görüşə aparmayacaq.

 

Sportal.az xəbər verir ki, "qırmızılar" buna səbəb kimi Serbiya - Albaniya arasında olan münaqişəni göstərib. Komandanın baş məşqçisi Yurgen Klopp Şakirinin Serbiyada yaxşı qarşılanmayacağını anladıqları üçün səfərə aparılmadığını bildirib.

 

Kosovo əsilli futbolçu İsveçrə millisinin üzvüdür. O, DÇ-2018-də Serbiya ilə oyun zamanı rəqib azarkeşlər tərəfindən irqçi şüarlara məruz qalmışdı. Serb fanatlar Xerdana plastik su qablar atmışdılar. Şakiri isə serb fanatlara İsveçrənin qələbə qolunu vuraraq, cavab vermişdi. O, Albaniyanın müstəqllik rəmzi olan qartal jestini göstərmiş və buna görə FIFA-dan cəza almışdı.

 

Qeyd edək ki, "Srvena Zvezda" - "Liverpul" oyunu noyabrın 6-sı, Bakı vaxtı ilə 21:55-də baş tutacaq.

Xəbər xətti