"Qarabağ"ın futbolçusu milliyə dəvət aldı

16:51 - 5 Noyabr 2018

Bolqarıstan millisinin UEFA Millətlər Liqasında Kipr və Sloveniya ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

 

Sportal.az xəbər verir ki, yığmanın baş məşqçisi Petar Xubçev düşərgəyə 27 futbolçu dəvət edib. Onların arasında “Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slavçev də var.

 

Qeyd edək ki, Bolqarıstan seçməsi noyabrın 16-da səfərdə Kiprlə, 3 gün sonra isə Sofiyada Norveçlə qarşılaşacaq.

Xəbər xətti