Rusiyada Azərbaycan derbisində Şeydayevin komandası qalib gəldi

00:42 - 6 Noyabr 2018

Rusiya Premyer Liqasında 13-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” səfərdə digər azərbaycanlı futbolçu Azər Əliyevin komandası - “Ufa” ilə üz-üzə gəlib. Oyun "Krılya Sovetov"un 2:1 hesablı qələbəsiylə başa çatıb.

 

Əliyev matçın 56-cı, Şeydayev isə 70-ci dəqiqəsində meydana daxil olub.

 

“Krılya Sovetov” 13 turdan sonra 14 xalla 13-cü, “Ufa” isə 11 xalla 15-cidir.

Xəbər xətti