Türkiyədə milli üzvləri qarşılaşdı

11:44 - 6 Noyabr 2018

Türkiyə 1-ci liqasında 11-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” U-21 yığmamızın üzvü Ozan Can Kökçünün komandasını - “Girəsunspor”u qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.

 

Dəniz 90-cı dəqiqədə meydana daxil olub. Ozan isə start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib.

 

11 turdan sonra “Gənclərbirliyi” 31 xalla liderdi. “Girəsunspor” isə 14 xalla 9-cudu.

Xəbər xətti