"Sportinq"in argentinalı futbolçusu "Qarabağ"a qarşı oynamayacaq

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sportinq” ciddi itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, Lissabon klubunun yarımmüdafiəçisi Rodriqo Battalya zədələnib. Argentinalı futbolçu Portuqaliya Premyer Liqasının 9-cu turunda səfərdə "Santa Klara"ya 2:1 hesabı ilə qalib gəldikləri matçda sıradan çıxıb. Sağ dizinin ön çarpaz bağları qopan futbolçu əməliyyat ediləcək və uzun müddət yaşıl meydanlardan kənar qalacaq. 

 

27 yaşlı futbolçu noyabrın 29-da Avropa Liqasının 5-ci turunda “Qarabağ”la Bakıda keçirəcəkləri görüşü zədə səbəbindən buraxmalı olacaq.

Tarix: 6 Noyabr [11:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Noyabr 2018
16  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio