Matteus: "Bavariya" "Borussiya"ya uduzsa, Kovaç istefa verməlidir"

12:53 - 6 Noyabr 2018

Almaniya futbolunun əfsanəsi Lotar Matteus həftəsonu Almaniya Bundesliqasında keçiriləcək "Borussiya" (Dortmund) - "Bavariya" oyunu barədə fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 57 yaşlı veteran futbolçu Münhen klubunun baş məşqçisi Niko Kovaçı tənqid edib. Şərhçilik edən Matteus "Bavariya"nın "Borussiya"ya uduzacağı halda, Niko Kovaçın istefa verməli olduğunu deyib: "Əgər "Borussiya" "Bavariya"ya qalib gəlsə, Kovaçın komandada qalmasını istəmirəm. Əgər Kovaç derbini uduzsa, getməlidir".

 

Qeyd edək ki, "Bavariya" Bundesliqanın turnir cədvəlində 20 xalla 2-ci, "Borussiya" 24 xalla 1-cidir. 

Xəbər xətti