Qurban Qurbanovla Roberto Bordin gerilədilər

12:39 - 6 Noyabr 2018

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, siyahıda yer alan millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 685 xalla 587-ci pillədə yer alıb. Qurbanov ötən həftə ilə müqayisədə 73 pillə geriləyib.

 

"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 482 xalla 190-cı pillədə qərarlaşıb. İtaliyalı mütəxəssis ötən həftə ilə müqayisədə 190 pillə geriləyib.

 

Qeyd edək ki, cədvələ “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. "Qremio"nun çalışdırıcısı Renato Qauço 2-cidir. 3-cü pillədə  "Atletiko" "sükanı arxası"nda olan Dieqo Simeone qərarlaşıb.

Xəbər xətti