Torqan Hazard: "Qardaşım yanlış addım atmayacaq"

17:09 - 6 Noyabr 2018

Münhenqladbax "Borussiya"sında çıxış edən Torqan Hazard "Çelsi"də oynayan qardaşı Eden Hazardla bağlı danışıb.

 

Sportal.az xəbər verir ki, Torqan qardaşının adının "Real"la hallanmasına münasibət bildirib. Torqan Edenin yanlış qərar verməyəcəyini bildirib:

 

"Eden yayda "Çelsi"də qalmaqla düzgün qərar verdi. Sarri ilə mövsümə əla başlayıblar. Fikir verin, "Real"da işlər qarışıqdır. Baş məşqçi ayrıldı, mövsümə uğursuz start veriblər. "Real"da dəyişikliklər olmalıdır. Eden yanlış addım atmayacaq. O, indi "Çelsi"də bütün gücünü meydanda qoyur. Əgər günlərin bir günü ayrılıq qərarə versə, bunu doğru zamanda edəcək. Qardaşım problemli ayrılıq yaşamayacaq".

 

Qeyd edək ki, 27 yaşlı Eden Hazard ailədə ən böyük qardaşdır. Torqanın 25, "Serk Brügge"də oynayan Kilian Hazardın 23 yaşı var.

Xəbər xətti