"Səbail"in futbolçusu hakimi döydüyü üçün cəzalandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda 1-ci divizionun son turunda baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar açıqlanıb:

 

Birinci divizionun 9-cu turunun “Zirə-2” - “Kəpəz” matçında “Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

Oyunun 45+1-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Fərid Bayramov ikinci sarı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

Birinci divizionun 9-cu turunun “Turan Tovuz” - “Keşlə-2” matçında “Keşlə-2”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

Birinci divizionun 9-cu turunun “Qarabağ-2” - MOİK matçında MOİK-in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

Birinci divizionun 9-cu turunun “Ağsu” - “Neftçi-2” matçında “Neftçi-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

Birinci divizionun 9-cu turunun “Səbail-2” - “Zaqatala” matçının 55-ci dəqiqəsində “Səbail-2” klubunun futbolçusu Murad Məmmədov qırmızı vərəqə aldıqdan sonra meydanı tərk edərkən hakimə fiziki təzyiq göstərdiyinə görə futbolçu 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur.

Tarix: 6 Noyabr [13:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Dekabr 2018
17  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio