Teleserial aşiqi Poçettino: "Üç seriyasını birdən izlədim"

14:14 - 6 Noyabr 2018

"Tottenhem"in baş məşqçisi Maurisio Poçettino həm də teleseriallara böyük maraq göstərir.

 

Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis həyatda boş vaxtını yalnız ailəsinə və filmlərə həsr etdiyini deyib. 46 yaşlı mütəxəssis son zamanların məşhur teleseriallarından biri olan "Kartlar evi" barədə danışıb və yeni fəslin başlamasına görə xoşbəxt olduğunu deyib: "Son fəsil bizim üçün qəribə oldu, çox xoşbəxtəm ki, serialın yeni mövsümü çıxdı. Dünən vaxt tapıb, 3 seriyasına baxdım. Fikrimcə, bu serial bizim nə qədər yaxşı olduğumuzu göstərir. Əslində, futbol da elə siyasətdir".

 

Poçettino "Tax-tac oyunu" və "Vikinqlər"in də yeni fəsillərini səbirsizliklə gözlədiyini deyib.

Xəbər xətti