Super Liqada mövsümün 6-cı baş məşqçi istefası

15:45 - 6 Noyabr 2018

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası reallaşıb.

 

Sportal.az xəbər verir ki, "Sivasspor" Tamer Tuna ilə yolları ayırıb. 42 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.

 

Tamer Tuna bu ildən "Sivasspor"un baş məşqçisi idi.

 

Qeyd edək ki, bu, Super Liqada cari mövsümün 6-cı baş məşqçi istefası olub.

Xəbər xətti