Qrizmann karyerasını bitirəcəyi vaxtı açıqladı

"Atletiko"nun və Fransa millisinin hücumçusu Antuan Qrizmann gələcək karyerası barədə danışıb.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı hücumçu Almaniya mətbuatına açıqlamasında karyerası bitirəcəyi vaxtı açıqlayıb: "Nə qədər oynayacağımı tam bilmirəm. Ancaq karyeramı 33-34 yaşında bitirmək istəyirəm. Karyeramın sonlarında MLS-də oynamaq istəyirəm".

 

Dünya çempionu "Bundesliqada oynamaq istəyərsiniz" sualına belə cavab verib: "Bəli, ola bilər. Ancaq mən "Atletiko"da indi rahatam. Möhtəşəm planlarımız var".

 

Qeyd edək ki, Qrizmann 2014-cü ildən "hindular"da çıxış edir.

Tarix: 6 Noyabr [16:08]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Noyabr 2018
13  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio