Mourinyo: "Çempionluqdan danışmaq lazım deyil"

17:49 - 6 Noyabr 2018

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo açıqlama verib.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis çempionluq şansları barədə danışmayacaqlarını deyib:

 

"Əgər ilk 4-lükdə deyilsinizsə, çempionluqdan danışmaq lazım deyil. Əgər biz ilk 4 pillədə olsaq, bu barədə danışarıq. İlin sonuna qədər daha yuxarı yerlərdə olmalıyıq. Çempionluğa namizdə olan "Liverpul"la "Mançester Siti"nin qonağı olacağıq. Təqvimimiz yaxşı deyil, ancaq yenə də yaxşı yerdə olmaq üçün çalışırıq".

 

Qeyd edək ki, "qırmızı şeytanlar" Premyer Liqada 11 turdan sonra 20 xalla 7-cidir.

Xəbər xətti