"Beşiktaş" "Vest Hem"in hücumçusunu alır?

17:05 - 7 Noyabr 2018

Hücum xəttində sıxıntılar yaşayan "Beşiktaş" qış transfer pəncərəsi üçün planlarını qurur.

 

Sportal.az xəbər verir ki, "qara qartallar" İngiltərə Premyer Liqasında çıxış edən "Vest Hem"in hücumçusu Xavyer "Çiçarito" Hernandesə göz dikib. Məlumata görə, İstanbul klubu meksikalı forvardı icarəyə götürmək üçün hərəkətə keçib. Klub rəhbərliyi səs-küylü keçidi qışda reallaşdırmağı planlaşdırır. 

 

Qeyd edək ki, 30 yaşlı futbolçu 2017-ci ildən London klubunda çıxış edir. 

Xəbər xətti