"Arsenal"ın futbolçusu "Qarabağ"a qarşı oynayacaq

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Arsenal"ın uzun müddətdir zədəli olan futbolçusu Loran Koselni “köhlən atlar”la 6-cı turun Londonda keçiriləcək oyununda iştirak edə biləcək.

 

Sportal.az xəbər verir ki, bu barədə “topçular”ın baş məşqçisi Unay Emeri klubun saytına açıqlamasında məlumat verib.

 

O, bildirib ki, fransız müdafiəçi milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra meydana çıxmaq üçün tam hazır olacaq.

 

Koselni ötən mövsüm Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Atletiko" ilə görüşdə zədələnmişdi. 33 yaşlı müdafiəçi zədəyə görə Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Arsenal"ın Bakıda "Qarabağ"ı 3:0 hesabı ilə məğlub etdiyi oyunu buraxmışdı.

Tarix: 8 Noyabr [15:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Noyabr 2018
16  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio