Fatih Terimlə köməkçisinə ağır cəza

00:17 - 9 Noyabr 2018

Türkiyə Futbol Federasiyası (TFF) çempionatın son turunda keçirilən  “Qalatasaray” – “Fənərbaxça” görüşündə (2:2) yaşananlarla bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, “Qalatasaray”ın baş məşqçisi Fatih Terim hakimləri təhqir etdiyi və oyundan sonra açıqlamalarında etik qaydaları pozduğu üçün 7 oyunluq cəzalandırılıb və 65 min lirə cərimələnib. Onun köməkçisi Hasan Şaş rəqib futbolçuya hücum çəkdiyi üçün 8 oyunluq cəzalanıb və 20 min 800 lirə cərimə olunub.

 

“Qalatasaray”ın dava-dalaşda iştirak edən oyunçularından Papa Alioune Ndiaye 5, Qarri Rodriqes 3,  Rayan Donk 6 oyun cəza alıb. 

 

“Fənərbaxça”dan isə Roberto Soldado Rillo 6, Jailson Markes Siqueyra 8 oyunluq cəzalandırılıb.  Klub 12 min lirə cərimələnib.

Xəbər xətti