Poltavada "atışma" - oyun dayandırıldı FOTOLAR

01:25 - 9 Noyabr 2018

Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ" Poltavada "Vorskla"nın qonağıdır.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanın ikinci hissənin 50-ci dəqiqəsində xoşagəlməz hadisələr baş verib. Əvvəlcə meydan sahibi komandanın azarkeşləri pirotexniki vasitələrdən istifadə edib və hətta meydançaya da atıblar. Bundan sonra qarşlaşmanın Sandro Şörer 2-3 dəqiqəlik qarşılaşmanı dayandırıb. Fanatların sakitləşməsindən sonra matç yenidən bərpa olunub. 

 

64-cü dəqiqədə "Qarabağ"ın azarkeşləri rəqibə cavab verib. "Atışma"dan sonra hakim oyunu dayandırıb və eyni hal ikinci dəfə təkrarlandığı üçün futbolçular meydandan çıxarılıb.

 

7-8 dəqiqəlik fasilədən sonra isveçrəli referi futbolçuları meydana çıxarıb.

 

Xəbər xətti