Azərbaycan UEFA-nın reytinqində bir pillə irəlilədi

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra UEFA reytinqi açıqlanıb. 

 

Sportal.az xəbər verir ki, keçirilən 24 qarşılaşma ilə cədvəldə müəyyən dəyişikliklər olub.

 

Ukraynada  “Vorskla”nı  1:0 hesabı ilə məğlub edən “Qarabağ” ölkəmizin aktivinə 0,500 xal yazdırıb. Bununla da Azərbaycan bir pillə irəliləyərək 26-cı yerə yüksəlib. Ölkəmiz xalını 19.000-ə çatdıraraq İsraili geridə qoyub.

 

Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir. İngiltərə 2-ci, İtaliya 3-cüdür.

Tarix: 9 Noyabr [11:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Noyabr 2018
16  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio