Kulaç: "Qarabağ" bu dəfə Ukrayna klubları kimi mübarizə aparırdı"

13:27 - 9 Noyabr 2018

"Qələbə istəyimiz böyük idi. Erkən qol nəticəyə təsir etdi. Oyuna nəzarət etmək istəsək də, alınmırdı".

 

Sportal.az xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzan "Vorskla"nın futbolçusu Vladislav Kulaç deyib. 25 yaşlı hücumçu məğlubiyyətin səbəblərini açıqlayıb:

 

"Qarabağ"ın qol imkanlarının çox olduğunu deməzdim. Rəqib əsasən, standart vəziyyətlərdən istifadə etməyə çalışırdı. Bir neçə imkanımız oldu, amma yararlana bilmirdik. Bu, oyunda heç-heçə olmalı idi. Məncə, daha ədalətli olardı. Bakıda keçirilən oyunda "Qarabağ" tam fərqli çıxış etmişdi. Onlar bu dəfə Ukrayna klubları kimi mübarizə aparırdı. İlk oyunda bəxtimiz gətirsə də, bu oyunda olmadı. "Arsenal"la ev oyununa yaxşı hazırlaşacağıq. Bilirik ki, həmin oyunda anşlaq olacaq. Yaxşı nəticə qazanmaq istəyirik".

Xəbər xətti