"Qarabağ" Bakıya çatdı

18:45 - 9 Noyabr 2018

Avropa Liqasının qrup mərhələsinin IV turunun “Vorskla” ilə oyunundan sonra geri dönməklə bağlı problem yaşayan “Qarabağ” az öncə vətənə çatıb.

 

Sportal.az xəbər verir ki, Poltavadakı hava şəraiti üzündən uzun müddət uçuşuna icazə verilməyən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

 

Komandanı Bakıya gətirməli olan təyyarə gecə saat 03:30-da Ukraynanı tərk etməli olsa da, bu yalnız 15:00-da gerçəkləşib. Saat 06:20 əvəzinə 17:20-də isə Azərbaycan çempionunu səfərə aparan çarter reysi başa çatıb. Komanda təxminən 11 saatlıq gecikmə ilə ölkəmizə qayıdıb.

 

Qeyd edək ki, “Qarabağ” “Vorskla”nı 1:0 hesabı ilə məğlub edib.

Xəbər xətti