"Sportinq"də yeni baş məşqçi məlum oldu

00:30 - 10 Noyabr 2018

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sportinq"in yeni baş məşqçisi müəyyənləşib. 

 

Sportal.az xəbər verir ki, Lissabon təmsilçisini Marsel Keyzer çalışdıracaq.

 

Hollandiyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. 44 yaşlı məşqçi bu vəzifədə ötən həftə istefaya göndərilən Joze Pezeyrunu əvəzləyib.

 

Qeyd edək ki, Keyzer son olaraq Birləşmiş Ərəb Əmirliklərinin "Əl Cəzirə" klubunu çalışdırıb.

Xəbər xətti