“Zirə”nin kapitanının dili qatlandı

21:11 - 10 Noyabr 2018

Topaz Premyer Liqasının XI turunda “Neftçi” “Zirə”ni qəbul edir.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanın 70-ci dəqiqəsində rəqib futbolçu Mirabdulla Abasovla toqquşma zamanı qonaq komandanın qapıçısı Anar Nəzirov özündən gedib. Yerə yıxılan futbolçu dilinin qatlandığı məlum olub. Həkimlərin müdaxiləsində sonra problem aradan qaldırılıb.

 

Oyunu davam etdirə bilməyən Nəzirov xərəkdə meydanı tərk edib. Onun əvəzinə meydana Kamal Bayramov daxil olub.

Xəbər xətti