Roberto Bordin: "Bu nə sualdı?!"

"Neftçi"nin baş məşqçisi Roberto bordin Topaz Premyer Liqasının XI turunda evdə "Zirə" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə oyunla bağlı danışıb:

 

- Son anlara qədər sərt oyun oldu.Hər iki komanda qələbə qazanmaq istəyirdi. Souncu yerə layiq olmayan rəqiblə oynadıq. Üzücü hal odu ki, hesabda öndə olduğumuz halda bunu qoruya bilmədik.

 

- Əvvəldən bildirilirdi ki, “Neftçi”nin müdafiəsində boşluqlar var. Petrov meydanı tərk etdikdən sonra bunlar daha qabarıq nəzərə çarpdı. Anton Krivotsyuk-Slavko Braliç cütlüyünün “Neftçi” səviyyəsində olmadığı aydındı. Müdafiənin çıxışı haqda nə deyə bilərsiz?
- Son oyunda Anton-Braliç cütlüyü yaxşı çıxış etmişdi. Kiril də öz təcrübəsi ilə fayde verir. müdafiəmizdə problem yoxdu.

 

- Anton Krivotsyukun oynanamasının xüsusi səbəbi var idi?
- Bu nə sualdı?! Sualın məntiqini başa düşmədim. Heyət son məşq üzərində müəyyənləşdirilir. Sualın mahiyyətini anlamadım. Futboldu. Bu dəfə Antonu yox, Braliçi seçdik. Sadəcə, taktiki seçim idi.

 

- Rəqib komandada xüsusi fərqləndirə biləcəyiniz futbolçular varmı?
- Fərdi olaraq kimsə barədə fikir bildirə bilmərəm. Komanda olaraq normal futbol göstərdilər. Hesab 2:2 olarkən rəqib əks-hücumda yenə fərqlənə bilərdi.

 

- Baxışda olan Mamadu Kane ilə müqavilə imzalayacaqsız?
- Hələ bu haqda danışmaq üçün tezdi. Məşqlərə baxıb qərar verəcəyik. Yaxşı futbolçudu.

 

- Matç zamanı halı pisləşən köməkçiniz Füzuli Məmmədovun vəziyyəti necədi?
- Durumu yaxşıdı. Bu gün həm ona, həm də “Zirə”nin qapıçısına görə bir az qorxduq. Gərgin gün alındı. Şükürlər olsun ki, hər şey yaxşıdı.

Tarix: 10 Noyabr [22:22]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Dekabr 2018
17  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio