"Atletiko" - "Atletik" oyununda 5 qol VİDEO

01:14 - 11 Noyabr 2018

İspaniya La Liqasında 12-ci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, "Atletiko" evdə "Atletik"i qəbul edib. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsiylə yekunlaşıb.

 

La Liqanın turnir cədvəlinə 24 xalla "Barselona" başçılıq edir. "Atletiko" 23 xalla 2-ci, "Espanyol" 21 xalla 3-cüdür. 10 xalı olan "Atletik" 17-ci yerdə qərarlaşıb.

 

"Atletiko" 3-2 "Atletik"

Qollar: Tomas Partey, 61, Rodri, 80, Dieqo Qodin, 90+1 - İnaki Uilyams, 36, 64

 

Xəbər xətti