"Qarabağ" Qəbələyə yollandı

12:21 - 11 Noyabr 2018

“Qarabağ” Topaz Premyer Liqasının 11-ci turunda “Qəbələ”nin qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu səfərə adəti üzrə matçdan bir gün əvvəl yox, bu gün yollanıb.

 

Buna səbəb isə Avropa Liqasnın qrup mərhələsində “Vorskla” ilə qarşılaşan Ağdam təmsilçisinin Bakıya qayıdışının ləngiməsidir. Qurban Qurbanovun komandası noyabrın 9-da səhər saatlarında Bakıya çatmalı olsa da, hava şəraitinin əlverişsiz olması səbəbindən uçun 11 saat gecikib.

 

Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” oyunu saat 17:30-da başlayacaq.

Xəbər xətti