Yevgeni Koçuk: "Pis oyundan sonra xarakter göstərməyi bacardıq"

15:33 - 11 Noyabr 2018

"Keşlə" ilə oyunda penaltidən qol vurandan sonra oyun epizodunda da fərqlənəcəyimə dair söz vermişdim. "Sabah"a qarşı çox yaxşı oynadıq, komandamız rəqibi bütün kompenentlərdə üstələdi. Plana uyğun hərəkət etdik, baş məşqçimiz əks-hücumda oynamağı tapşırmışı. Bütün qolları əks-hücumlardan vurduq. Düşündüyümüz alındı və layiqli qələbə qazanadıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Səbail"in futbolçusu Yevgeni Koçuk Topaz Premyer Liqasının XI turunda səfərdə "Sabah"a böyükhesabla qalib gəldikləri matçı dəyərləndirərkən deyib. 

 

Moldovalı yaarımmüdafiəçi komandasının "Zirə" ilə heç-heçə etdikləri oyundan sonra tez toparlandığını bildirib: "Millinin oyunlarına görə çempionatda fasilə yaranacaq. Lakin uzun fasiləyə yollanmırıq. Komanda 3 günlük fasilədən sonra məşqlərə başlayacaq. Biz bütün rəqiblərə eyni gözlə baxırıq. Sırf "Sabah"la aramızda rəqabət yoxdur. Karyeramda əvvəllər dubl etmişəm. Hər zaman eyni tempdə çıxış etmək olmur. Əsas odur ki, pis oyundan sonra toparlanmağı, xarakter göstərməyi bacardıq". 

 

Koçukun sözlərinə görə, “Səbail”in əsas məqsədi hər oyunda qalib gəlməkdir: "Hansı yerdə olduğumuza fikir vermirik. Neçənci pilləni tutacağımızı çempionatın sonunda görəcəyik".

 

Qeyd edək ki, "Səbail" 11 oyundan sonra aktivinə 20 xal yazdırıb və turnir cədvəlinin ikinci pilləsindədir.

Xəbər xətti