Sənan Qurbanov: "Qarabağ" hər komponentdə bizdən üstün idi"

20:51 - 11 Noyabr 2018

Topaz Premyer Liqasının XI turunun “Qəbələ” – “Qarabağ” oyunundan (1:3) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanovun mətbuat konfransı keçirilib.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəss məğlubiyyəti şərh edib:

 

- Oyunla bağlı planlaşdırdıqlarımızdan heç biri alınmadı. Bunu da rəqibin bizdən güclü olması ilə əlaqələndirərdim. Hər komponentdə bizdən üstün idilər. Həm topa çox nəzarət etdilər, həm də mübarizələrdə, xüsusilə ikinci hissədə güclüydülər. 90 dəqiqə müdafiə olunmağa məcbur idik, bu da futbolçuların gücünün tükənməsi ilə nəticələndi.

 

- Rəqib 48 saat əvvəl Bakıya gəlib və yorğundur. Bunun fonunda ikinci hissədə 3 qol vurmaqlarına izah verməyinizi istərdim...

 

- Rəqibimiz təcrübəli komandadır. İlk yarıda əzmkarlıq var idi. Məğlub olmuşuqsa, bütün futbolçular zəif oynadı. Rəqibi meydanın onlara aid hissəsində qarşılamaq, topla oynamaq istəyirdik. Amma bunların heç biri alınmadı. Əgər oyunboyu müdafiə olunursansa, məğlub olmaq ehtimalın artır.

 

- Cavid Hüseynov yenə meydanda ayaqlarını sürüyürdü. Onu əvəzləməməyinizin səbəbi nədir?

- Cavid bəzi məqamlarda səhv etsə də, uduzmuşuqsa, deməli, hamı pis oynadı. Oyunumuzdan həddən artıq narazıyam. Rəqibi meydanın özünə aid hissəsində qarşılamaq istədik. Amma alınmadı.

 

- Qış fasiləsini intizarla gözlədiyinizi demək olar? Yoxsa heyətin güclənməsinə inamınız yoxdur?

- Əlbəttə, güclənməyimizi istərdim. Amma əlimizdə olan heyətdən maksimum yararlanmağa çalışacağıq.

Xəbər xətti