Qəbələdə xoşagəlməz hadisə: Azarkeş Ozobiçin üzünə tüpürdü

00:41 - 12 Noyabr 2018

Topaz Premyer Liqasının 11-ci turunda "Qəbələ" öz meydanında "Qarabağ"a 1:3 hesabı ilə məğlub olub.


Sportal.az xəbər verir ki, qarşılaşma başa çatdıqdan sonra xoşagəlməz hadisə yaşanıb. "Qəbələ" azarkeşlərindən biri komandanın sabiq futbolçusu Filip Ozobiçə sərt şəkildə etiraz edib. "Qırmızı-qaralar"ın fanatı "Qarabağ"ın futolçuları avtobusa minərkən xorvatiyalı yarımmüdafiəçini yanına çağırıb və onunla söhbət edib. Gənc azarkeş Ozobiçin ünvanına söyüşlər söyüb və bununla da kifayətlənməyərək, Filipin üzünə tüpürüb. Hadisənin böyüməsinə ətrafdakı şəxslər imkan verməyib.

 

Bundan əlavə, oyunun gedişində azarkeşlər Ozobiçin ünvanına xoşagəlməz şüarlar da səsləndirirdilər.

 

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi qarşılaşmada "Qəbələ"yə qol vurmağı bacarıb.


Əlavə edək ki, Ozobiç bu yay "Qəbələ"dən ayrılaraq, "Qarabağ"a keçib.(milli.az)

Xəbər xətti