Almeyda mövsümün son turunda 10 dəqiqə oynadı

10:45 - 12 Noyabr 2018

Qazaxıstan Premyer Liqasında mövsümün son - 33-cü turunun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Riçard Almeydanın çıxış etdiyi “Astana” sonuncu turda evdə “İrtış”a 4:0 hesabı ilə qalib gəlib.

 

Almeyda 80-ci dəqiqədə - hesab 4:0 olarkən meydana daxil olub.

 

Qazaxıstan çempionatında mövsümü 77 xalla başa vuran “Astana” 31-ci turda çempionluğunu təmin edib. "Kayrat" 2-ci, "Tobol" 3-cü olub.

Xəbər xətti