Millinin sabiq üzvü Latviyada bombardir və çempion oldu

12:08 - 12 Noyabr 2018

Latviya I Liqasında mövsümə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” mövsümün son - 25-ci turunda “Tukums 2000” klubuna 2:1 hesabı ilə qalib gəlib. Bu qələbə ilə xallarını 67-yə çatdıran “Dauqavpils” çempionatın qalibi olub və elitaya yüksəlib.

 

Vüqar start heyətdə meydana çıxıb və 67-ci dəqiqədə əvəzlənib.

 

Millimizin sabiq üzvü 31 qolla Liqa 1-də bombardir olub.

Xəbər xətti