Türkiyə millisinin sabiq üzvü Avstraliya klubunda

12:50 - 12 Noyabr 2018

“Beşiktaş”ın sabiq futbolçusu Ərsan Adəm Gülüm özünə yeni komanda tapıb.

 

Sportal.az xəbər verir ki, Çinin "Hebey Çayna Fortun" klubundan ayrılan 31 yaşlı müdafiəçi Avstraliyaya üz tutub. O, “Vitlesea Yunayted” klubu ilə 2019-cu ilə kimi müqavilə bağlayıb. Türkiyə millisinin sabiq üzvü həm də məşqçi kimi də klubda çalışacaq.

 

Qeyd edək ki, Ərsan "Elazığspor", "Adanaspor", "Beşiktaş" klublarında da çıxış edib.

Xəbər xətti